31 yaşlı müdafiəçi bildirib ki, hazırkı nəticə komandanı arxayınlaşdırmır: "Daha da ciddi hazırlaşmalıyıq. İrəli çox çətin oyunlarımız var. Bununla kifayətlənmək niyyətində deyilik. Bacardığımız qədər irəli getmək istəyirik"

"Qışda yaxşı təlim-məşq toplanışı keçmişik, məhz buna görə ardıcıl 4 oyundur məğlub olmuruq. Komanda üzvləri məsuliyyəti dərk edir. çempionatın birinci hissəsini sonuncu pillədə başa vurduq. Amma hazırda 4-cü yerlə aramızda 3 xal fərq var". Matc.az xəbər verir ki, bunu "Səbail"in futbolçusu Şəhriyar Rəhimov deyib.

31 yaşlı müdafiəçi bildirib ki, hazırkı nəticə komandanı arxayınlaşdırmır: "Daha da ciddi hazırlaşmalıyıq. İrəli çox çətin oyunlarımız var. Bununla kifayətlənmək niyyətində deyilik. Bacardığımız qədər irəli getmək istəyirik".

Rəhimov Premyer Liqanın XX turunda qarşılaşacaqları "Zirə" ilə görüş barədə də fikirlərini bölüşüb: "Hər bir meydana çıxanda maksimum nəticə qazanmaq istəyir. "Zirə" bu görüşdə daha aqressiv olacaq. çünki komanda ardıcıl neçə oyundur ki, məğlub olur. Onlar da bu matça dönüş nöqtəsi kimi baxacaqlar. Hər iki komandanın 20 xalı var, maraqlı qarşılaşma olacaq".

Müdafiəçi bildirib ki, "Səbail"in qarşısına rəhbərlik tərəfdən Avropa Liqası ilə bağlı hədəf qoyulmayıb: "İstəyirik ki, yaxşı çıxış edək və maksimum dərəcədə irəli gedək. Futbolçular və məşqçilər məqsədləri olan şəxslərdir. Niyə yenidən Avropa Liqasına vəsiqə qazanmayaq? Bunun üçün sona kimi çalışacağıq. Əlimizdə imkan varsa, yararlanmalıyıq".

Qeyd edək ki, martın 8-də keçiriləcək "Səbail" - "Zirə" matçı saat 16:00-da başlayacaq. "Səbail" bu mövsüm Avropa Liqasının I təsnifat mərhələsində Rumıniyanın "Universitatya" klubu ilə üz-üzə gəlib və hər iki görüşdə 2:3 hesabı ilə uduzub. report.az

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest