İngiltərənin "Kristal Pelas" klubu baş məşqçisi Roy Hocsonun müqaviləsinin müddətini artırıb. Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

72 yaşlı mütəxəssislə müddəti 2021-ci ilin yayına qədər olan yeni sözləşmə imzalanıb.
 
2017-ci ildən "Kristal Pelas"ı çalışdıran Hocsonun əvvəlki müqaviləsi mövsümün sonuna qədər idi.
 
"Kristal Pelas" hazırda Premyer Liqada 12-ci sıradadı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest