Gələn mövsümdən çempionlar Liqası və Avroliqa matçlarında ofsayd qaydası dəyişəcək. Matc.az xəbər verir ki, bu barədə UEFA-nın prezidenti Aleksandr çeferin məlumat verib.

O, oyundan kənar vəziyyətlər zamanı çəkilən xəttdin daha qalın olacağını bildirib:

"Bir santimetrlik məsafalər ofsayd olmamalıdır. VAR açıq-aşkar oyundan kənar vəziyyət müşahidə olduğunda müdaxilə etməlidir. Buna görə xəttlər daha qalın çəkiləcək".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest