İspaniyanın Səhiyyə naziri Salvador İlla çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində keçiriləcək "Barselona"- "Napoli" qarşılaşması barədə açıqlama verib. Matc.az xəbər verir ki, o koronavirus təhlükəsi üçün görüşün azarkeşsiz oynanacağı xəbərlərini təkzib edib:

"Bəli, müəyyən təhlükələr var. Ancaq matçın azarkeşsiz keçiriləcəyi ilə bağlı xəbərlər doğru deyil. Bununla yanaşı, virusun yayıldığı ölkələrdən gələn tamaşılar üçün müəyyən tədbirlər görülə bilər. Ola bilsin ki, onların satdiona girişinə qadağa qoyuldu".

Qeyd edək ki, tərəflər arasındakı cavab qarşılaşması martın 18-də keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest