"Real"ın sabiq hücumçusu Davor Şuker komandanın çempionlar Liqasında "Mançester Siti"yə qalib gələcəyinə inanır. Matc.az xəbər verir ki, o, La Liqanı da "kral klubu"nın qazanacağını bildirib:

"çempionlar Liqasında şans çox vacibdir. Bu, çox vaxtı "Real"ın yanında olur. Ancaq "Mançester Siti" ilə oyunda bəxt Madrid klubu ilə deyildi. Cavab görüşündə mənzərə fərqli ola bilər. "Şəhərlilər" çempionlar Liqası üçün yaxşı kökləniblər. "Barselona" ilə matçdakı qələbə "Real"a inam verəcəyini düşünürəm. Bununla yanaşı, ilk görüşdən dərslər alınmalıdır. çempionatdakı  birinciliyi əldən verməməliyik. La Liga bizim olmalıdır. "Real" həmişə çətin görünən şeylərə nail olub. İndi "kral klubu" cəmi 12 oyun dözməlidir. "Barselona" üçün isə çətin bir dövr keçir. "El Klasiko" məğlubiyyəti həmişə iz buraxır".

Qeyd edək ki, "Real" ilk oyunda "Mançester Siti"yə evdə 1:2 hesabı ilə məğlub olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest