Futbol üzrə İngiltərə kubokunda 1/8 final mərhələsinə yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə bir görüş baş tutub.
 
"Mançester Yunayted" səfərdə "Derbi Kaunti" ilə qarşılaşıb. "Qırmızı şeytanlar" rəqibinə böyük hesabla qalib gəlib və növbəti mərhələyə yüksəlib.
 
İngiltərə kuboku
1/8 final
2 mart
 
Portsmut – Arsenal 0:2
Qol: Papastatopulos, 45+4. Nketia, 51.
 
3 mart
 
çelsi – Liverpul 2:0
Qol: Villian, 13. Berkli, 64.
 
Ridinq – Şeffild Yunayted 1:2
Qol: Puşkaş, 43-pen – Makqoldrik, 2. Şarp, 107.
 
Vest Bromviç – Nyukasl 2:3
Qol: Filips, 74. Zohore, 90+3 – Almiron, 33; 45+1. Lazarov, 47.
 
4 mart
 
Lester Siti – Birmingem 1:0
Qol: R.Pereyra, 82.
 
Şeffild Uensdey – Mançester Siti 0:1
Qol: Aquero, 53.
 
Tottenhem – Norviç 1:1 (penaltilər 2:3)
Qol: Vertongen, 13 – Drmiç, 78.
 
5 mart
 
Derbi Kaunti – Mançester Yunayted 0:3
Qol: Şou, 33. İqalo, 41; 70.
 
Beləliklə, İngiltərə Federasiya kubokunun 1/4 final mərhələsində aşağıdakı komandalar üz-üzə gələcək:
 
Lester – çelsi
Norviç – Mançester Yunayted
Nyukasl – Mançester Siti
Şeffild Yunayted – Arsenal

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest