Futbol üzrə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) çempionatında 18-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Riçard Almeydanın formasını geyindiyi "Baniyas" da növbəti matçına çıxıb.
 
Sözügedən klub səfərdə "Xorfakkan"la qarşılaşıb. Almeydanın komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
 
Riçard da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin üzvü sonadək oynayıb.
 
"Baniyas" 18 oyuna topladığı 20 xalla 14 iştirakçı arasında 9-cudu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest