İyunun 12-də start götürəcək futbol üzrə Avropa çempionatına 100 gün qalmış "Gənclik Mall" ticarət mərkəzində AVRO-2020 məlumat mərkəzinin açılışı olub.
 
Açılışda iştirak edən AVRO-2020-nin səfiri Vəli Qasımov çempionatın həm idman, həm də turizm baxımından Azərbaycana göstərəcəyi müsbət təsirindən və əhəmiyyətindən danışıb. Açılış mərasimində, həmçinin, AVRO-2020-nin rəsmi maskotu "Skillzi" də iştirak edib və fotolar çəkdirib.
 
Qeyd edək ki, məlumat mərkəzi hər gün saat 10:00-dan 22:00-dək fəaliyyət göstərəcək. Mərkəzdən AVRO-2020 ilə bağlı məlumatlar əldə etmək və fotoguşədə şəkillər çəkdirmək mümkündür.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest