"İrandan mənə təklif gəlmişdi. Amma sonradan çox problem yarandı. Bəzi İtaliya klubları ilə danışıqlar aparmışam. Amma hamısına "yox" dedim. Hazırda Avropada bir milli komandadan cavab gözləyirəm. Yəqin ki, bir neçə günə məsələ həllini tapacaq"

AFFA-nın Azərbaycan millisini çalışdrıması üçün nəzərdə tutduğu namizədlərdən biri Canni De Byazi gələcək karyerası barədə danışıb. Matc.az xəbər verir ki, o, A seriyasının bəzi klublarının təklifini rədd etdiyini bildirib:

"İrandan mənə təklif gəlmişdi. Amma sonradan çox problem yarandı. Bəzi İtaliya klubları ilə danışıqlar aparmışam. Amma hamısına "yox" dedim. Hazırda Avropada bir milli komandadan cavab gözləyirəm. Yəqin ki, bir neçə günə məsələ həllini tapacaq".

Qeyd edək ki, De Byazi ilə yanaşı, Cesare Prandellinin də adı millimizlə çəkilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest