Amerikanın "Nyu York Kosmos" klubu "Qarabağ"ın sabiq futbolçusu Ansi Aqollini komandada saxlamaq istəyir. Matc.az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Karlos Mendes açıqlama verib.

O, Aqolli ilə danışıqlar aparıldığını və onu mütləq heyətdə saxlamaq istədiklərini bildirib. Albaniyalı oyunçunun da "Nyu York Kosmos"da qalmağa müsbət yanaşdığı deyilir.

Qeyd edək ki, Aqolli 2019-cu ilin martında "Qarabağ"dan Amerika klubuna keçib.

 

  

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest