Əfsanəvi futbolçu Ronaldinyo Paraqvayda polislər tərəfindən saxlanılıb. Matc.az xəbər verir ki, buna səbəb onun saxta sənəddən istifadə etməsi olub.

Məlumata görə, braziliyalı sabiq futbolçu qardaşı ilə bərabər Paraqvaya səyahət edib. Onların qaldığı oteldə əməliyyat keçirən polislər bir neçə şübhəli sənədə rast gəliblər. Yoxlanış zamanı Ronaldinyonun pasportunun saxta olduğu üzə çıxıb. Qardaşlar hazırda polis bölməsindədirlər.

Məsələ ilə bağlı Paraqvay Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda Ronaldinyo və qardaşına cinayət işi açıldığı bildirilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest