Abdullah Avcı ilə razılığa gələ bilməyən AFFA-da yeni hədəf Ersun Yanaldır. Matc.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, federasiya rəhbərliyi Azərbaycan millisini çalışdırması üçün onunla danışıqlar aparır. 56 yaşlı mütəxəssisin adı yanvarda da yığmamızla hallanırdı. Lakin Yanal həmin vaxt "Fənərbaxça"nın baş məşqçisi idi. Bu səbəbdən də danışıqlar müsbət nəticələnməmişdi.

Onun İstanbul təmsilçisi ilə yollarını ayırdıqdan sonra yenidən AFFA-nın gündəminə gəldiyi bildirilib. Xəbərdə Yanalla yanaşı, millimizi çalışdırmaq üçün Cesare Prandelli və Canni De Byazinin də adları yer alıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest