Futbol üzrə Almaniya kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib. Matc.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutub.
"Bayer" "Yunion"la, "Ayntraxt" "Verder"lə qarşılaşıb. Bu oyunlarda meydan sahibləri inamlı qələbə ilə yarımfinala yüksəliblər.
Daha öncə "Saarbrüken"lə "Bavariya" növbəti mərhələyə çıxmışdı.
Almaniya kuboku
1/4 final
3 mart
Saarbrüken – Fortuna 1:1 (penaltilər 7:6)
Qol: Yanik, 31 – Yorgensen, 90.
Şalke – Bavariya 0:1
Qol: Kimmix, 40.
4 mart
Bayer – Yunion 3:1
Qol: Bellarabi, 72. Aranquiz, 86. Diabi, 90+1 – İnqvartsen, 39.
Ayntraxt – Verder 2:0
Qol: A.Silva, 45+6-pen. Kamada, 60.