"Mançester Siti"nin İngiltərə Premyer Liqasının 31-ci turunda səfərdə "çelsi"yə qarşı keçirəcəyi matç təxirə salınıb.
 
Matc.az xəbər verir ki, bu barədə "şəhərlilər"in mətbuat xidməti məlumat yayıb.
 
Matçın ertələnməsinə "çelsi"nin İngiltərə Federasiya kubokunun 1/8 finalında "Liverpul"u məğlub edərək (2:0), növbəti mərhələyə yüksəlməsi səbəb olub.
 
"çelsi"nin 1/4 final mərhələsi çərçivəsindəki oyunu da həmin tarixə düşdüyü üçün Premyer Liqa matçı ertələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest