İngiltərənin "Everton" klubu futbolçusu Meyson Holqeytin müqaviləsinin müddətini artırıb. Matc.az xəbər verir ki, 23 yaşlı müdafiəçi ilə müddəti 2025-ci ilin yayına qədər olan sözləşmə imzalanıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
2015-ci ildən "Everton"da çıxış edən Holqeyt, bu mövsüm Premyer Liqada 21 oyunda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest