Futbol üzrə İngiltərə Premyer Liqasının 28-ci turundan təxirə salınan "Mançester Siti" – "Arsenal" matçının keçirilmə vaxtı məlum olub.
 
Matc.az xəbər verir ki, bu barədə "Mançester Siti"nin mətbuat xidməti məlumat yayıb. Martın 11-də keçiriləcək görüş saat 23:30-da start götürəcək.
 
Premyer Liqanın 28-ci turunun "Mançester Siti" – "Arsenal" oyunu "şəhərlilər"in İngiltərə Liqa kubokunun finalı çərçivəsində "Aston Villa" ilə matçının olması səbəbindən təxirə salınmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest