Azərbaycan milli komandasının və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov seçim qarşısında qalıb. Matç.az saytı xəbər verir ki, AVRO-2020-nin seçmə mərhələsinin püşkatması 46 yaşlı mütəxəssisin planlarına təsir edir.

Belə ki, İrlandiyanın paytaxtı Dublində baş tutacaq tədbir dekabrın 2-də keçiriləcək. Adətən baş məşqçilər də püşkatmaya qatılır. çünki çox vaxt püşkdən sonra yığma nümayəndələri görüşərək təqvimi də müzakirə edir. Bu üzdən Qurbanovun da Dublinə gedəcəyi gözləniləndi.

Amma püşkatma Qurbanov üçün münasib olmayan tarixdə keçirilir. Həmin gün Topaz Premyer Liqasında XIII turun olması mütəxəssisin planlarına ziddi. özü də onun çalışdırdığı "Qarabağ" dekabrın 2-də "Keşlə" ilə üz-üzə gələcək.

Həm oyun, həm püşkatma axşam saatlarına salındığından Qurbanovun hər ikisinə çatdırmayacağı gün kimi aydındı. Belə olan halda mütəxəssis seçim etməlidi: ya püşkatmaya getməməlidi, ya da "Qarabağ"ı oyuna köməkçiləri çıxarmalıdı.

Düzdü, 3-cü variant da mümkündü. "Qarabağ" - "Keşlə" oyununun vaxtının püşkatmaya görə dəyişdirilməsi çox absurd görünsə də, istisna deyil. Matçın dekabrın 1-2-dəki turun ilk gününə keçirilməsi də çox inandırıcı deyil. çünki noyabrın 29-da "Sportinq"i qəbul edəcək çempionumuz dekabrın 1-də meydana çıxmaqda çətinlik çəkəcək.

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla əməkdaşımızla söhbətində məsələ ilə bağlı məlumat veriləcəyini bildirib: "Adətən milli komandaların baş məşqçiləri püşkatmaya gedirlər. Biz də səfərə gedəcək heyəti dəqiqləşdirib, AFFA-nın rəsmi saytında məlumat yerləşdirəcəyik".

Qeyd edək ki, Millətlər Liqasının bu il yanvarın 24-də keçirilən püşkatmasında Azərbaycanı AFFA-nın baş katibi Elxan Məmmədov və milli komandanın baş məşqçisi Qurban Qurbanov təmsil etmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest