Futbol üzrə Türkiyə kubokunda yarımfinal mərhələsinə start verilib. Matc.az xəbər verir ki, bu gün ilk oyunlar çərçivəsində bir qarşılaşma keçirilib.
 
"Trabzonspor" öz meydanında "Fənərbaxça"nı qəbul edib. üç qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
 
İstanbul klubunun baş məşqçisi postundan istefa verən, bu qarşılaşmada sonuncu dəfə komandaya rəhbərlik edən Ərsun Yanal "sarı-lacivərdlilər"dən məğlubiyyətlə ayrılıb. Bu komandalar arasında cavab matçı aprelin 21-də baş tutacaq.
 
Digər yarımfinal görüşü "Antalyaspor"la "Alanyaspor" arasında baş tutacaq.
 
Türkiyə kuboku
Yarımfinalın ilk oyunları
3 mart
 
Trabzonspor - Fənərbaxça 2:1
Qol: Sörlot, 46. Novak, 66 - Muriqi, 82.
 
4 mart
 
21:30. Antalyaspor - Alanyaspor

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest