Futbol üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində İtaliyanın “Yuventus” və Fransanın “Olimpik” (Lion) klubları arasındakı cavab matçı azarkeşsiz oynanıla bilər.
 
Matc.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. Oyunun azarkeşsiz keçirilmə səbəbi İtaliyada koronavirus epidemiyasının yayılmasıdı.
 
Hazırda “Yuventus” – “Olimpik” matçının azarkeşsiz keçirilməsi nəzərdə tutulur. Digər variant isə qarşılaşmanın başqa bir stadionda oynanılmasıdı.
 
“Yuventus” – “Olimpik” matçı martın 17-də keçiriləcək. Komandalar arasında baş tutan ilk qarşılaşmada Lion təmsilçisi minimal hesablı qələbə qazanıb – 1:0.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest