"Real" PSJ-nin hücumçusu Neymarla bağlı fikrini dəyişib. Matç.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, Madrid klubu bu keçiddən imtina edib.

Halbuki Neymar mövsümün sonu üçün prioritet hədəf idi. "Kral klubu"nun prezidenti Florentino Peres braziliyalının keçidinə müsbət rəy verməyib. Buna səbəb azarkeşlərin sabiq "Barselona"lının transferinə qarşı çıxmasıdı.

Qeyd edək ki, PSJ-də xoşbəxt olmadığı bildirilən Neymar gələn yay klubunu dəyişmək niyyətindədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest