Milli komandamızın qapıçı Emil Balayev karyerasını Azərbaycanda davam etdirəcək. Matc.az xəbər verir ki, o, "Zirə" klubu ilə razılığa gəlib.

Bu barədə klub saytı məlumat yayıb. Məlumata görə, Balayev qəsəbə təmsilçisi ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.

Qeyd edək ki, millimizin üzvü son olaraq Qazaxıstanın "Tobol" klubunda çıxış edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest