"Barselona"da yayda geniş transfer hərəkətliliyi yaşanacaq. Matc.az xəbər verir ki, Kataloniya klubu Lionel Messinin karyerasının son illərində güclü heyətə sahib olmaq niyyətindədir.

İspaniya mətbuatı yazır ki, klub ilk növbədə ötən illərdəki səhvləri təkrarlamamağa çalışacaq. Heyətə cəlb ediləb futbolçular komandanın əsas silahlarına çevrilməlidir. Xəbərdə "Barselona"nın yayda bir yarımmüdafiəçi, iki müdafiəçi və eyni sayda forvard alacağı bildirilib.

Bundan başqa, klubun tarnsfer hədəfində PSJ-də çıxış edən Neymar da var. Rəhbərliyin braziliyalını yenidən komandaya qaytarmaq üçün əlindən gələni edəcəyi qeyd edilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest