"Mançester Yunayted"in yarımmüdafiəçisi Xuan Mata karyerası ilə bağlı qərarını verib. Matç.az saytının ESPN-ə istinadən məlumatına görə, ulduz futbolçu komandasında qalmaq niyyətindədi.

Bir neçə klubdan təklif alan 30 yaşlı oyunçu "qırmızı şeytanlar"la yeni sözləşmə imzalamağa hazırdı. Tərəflər arasında bununla bağlı danışıqlara da artıq start verilib.

Qeyd edək ki, Xuan Matanın "Mançester Yunayted"lə müqavilə müddəti cari mövsümün sonuna qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest