"Liverpul"un baş məşqçisi Yurgen Klopp futbolçularla münasibətindən danışıb. Matc.az xəbər verir ki, almaniyalı mütəxəssis son turda "Uotford" qarşı alınan məğlubiyyətə də toxunub:

"Oyunçulara hirsləndiyim zamanlar olur. Ancaq bunu davamlı etmək olmaz. Əgər onlara davamlı qışqırsam, bəlkə də ardıcıl 10 oyun uduzarıq. Futbolçulara olan güvənim tamdır. Bir məğlubiyyətlə gücümüzü itirməyəcəyik. Onların xarakterindən şübh etsəm, axmaq olaram".

Qeyd edək ki, bu gün "Liverpul" İngiltərə kubokunun 1/8 final mərhələsinin cavab oyununda "çelsi" ilə qarşılaşacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest