"Liverpul"un lideri Məhəmməd Salah klubunu dəyişə bilər. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu Misir yığmasının baş məşqçisi Xavyer Agirre deyib.

Meksikalı mütəxəssis cari mövsümün sonunda ulduz futbolçunun "qırmızılar"dan ayrılacağını istisna etməyib: "Əgər "Liverpul" bu mövsüm titul qazana bilməsə, Salah ordan ayrılacaq. Yurgen Klopp da bunu gözəl dərk edir. Bu üzdən də komanda titul qazanmaq üçün bütün gücü ilə mübarizə aparır".

Qeyd edək ki, Məhəmməd Salah "Liverpul"a ötən il "Roma"dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest