Kristiano Ronaldonun yaxın dostu onun karyerası haqda danışıb. Matc.az xəbər verir ki, İspaniyada bir idman kanalına qonaq olan Edu Aquirre portuqaliyalının ağlının "Real"da olduğunu bildirib:

"Mən dəqiq bilirəm ki, Ronaldo "Real"a qayıtmaq istəyir. Düzdür, hazırda o, "Yuventus"da çıxış edir. Ancaq futbolu bilmək olmur. Dünən Madridə gələndə ona qarşı olan sevgiyə bir daha şahid olduq. Gələcəkdə nə olacağını birlikdə görəcəyik".

Qeyd edək ki,  Ronaldo dünən "Santiaqo Bernabeu"da keçirilən "Real" – "Barselona" matçını stadiondan izləyib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest