Forvard III Bundesliqanın növbəti oyununu buraxa bilər. Buna səbəb 27 yaşlı oyunçunun yığmanın heyətindən zədəli dönməsidi.

Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşov klubu "Proyssen"in düşərgəsinə qoşulub. Matç.az saytının "Bild"ə istinadən məlumatına görə, forvard III Bundesliqanın növbəti oyununu buraxa bilər.

Buna səbəb 27 yaşlı oyunçunun yığmanın heyətindən zədəli dönməsidi. Belə ki, onun Kosovo ilə son qarşılaşmada qasığında ağrılar hiss etdiyi və bu səbəbdən fasilədən sonra əvəzləndiyi vurğulanıb. "Proyssen"in bombardiri məşqlərə başlasa da, "Braunşveyq"lə görüşdə iştirakı sual altındadı. Baş məşqçi Marko Antverpen hücumçunun qısa müddətdə sağalacağına inanır: "Dadaşov bizim üçün önəmli futbolçudu. ümid edirəm ki, zədəsi ciddi deyil və "Braunşveyq"lə oyunda meydanda olacaq".

Qeyd edək ki, "Proyssen" - "Braunşveyq" matçı noyabrın 26-da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest