Bu üzdən 78-ci dəqiqədə referi yenidən görüşü saxlayıb və hər iki klubun oyunçuları meydanı tərk ediblər. Bu dəfə "Bavariya"nın idman direktoru Həsən Salihamiciçlə idarə heyətinin üzvü Oliver Kan azarkeşlərdən özlərini yaxşı aparmağı xahiş ediblər.

Futbol üzrə Almaniya Bundesliqasının 24-cü turunun "Hoffenhaym" - "Bavariya" matçında qalmaqal yaşanıb. Matc.az xəbər verir ki, matçın gedişində "Bavariya" azarkeşləri rəqib klubun prezidenti Ditmar Holpu təhqir ediblər. 
 
Fanatların təhqiramiz banner asması üzündən qarşılaşmanın baş hakimi 67-ci dəqiqədə matçı dayandırıb. Görüş Münhen təmsilçisinin baş məşqçisi Hans Flik və bir neçə oyunçunun fanat sektoruna yaxınlaşmasından və bannerin yığışdırılmasından sonra davam etdirilib. Lakin 10 dəqiqə sonra fanatlar banneri yenidən nümayiş etdirməyə başlayıblar. Bu üzdən 78-ci dəqiqədə referi yenidən görüşü saxlayıb və hər iki klubun oyunçuları meydanı tərk ediblər. Bu dəfə "Bavariya"nın idman direktoru Həsən Salihamiciçlə idarə heyətinin üzvü Oliver Kan azarkeşlərdən özlərini yaxşı aparmağı xahiş ediblər. Bir neçə dəqiqə sonra komandalar meydana qayıdıblar. Amma onlar bu dəfə oyunu davam etdirmək əvəzinə azarkeşlərin hərəkətinə etiraz əlaməti olaraq, mərkəzdə topu bir-birinə ötürməyə başlayıblar və sonadək hücuma keçməyiblər. 
 
Qeyd edək ki, "Bavariya" "Hoffenhaym"la oyunda böyük hesabla qələbə qazanıb - 6:0.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest