Hövsanda yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Kompleksində usta cüdoçular arasında Azərbaycan çempionatı keçirilib. Matc.az xəbər verir ki, yarışda müxtəlif kateqoriyalar üzrə 78 veteran idmançı medallar uğrunda mübarizə aparıb. 21 klubun heyətində yer alan usta cüdoçuların yarışı maraqlı idman mübarizəsi şəraitində keçib. Çempionatın qalib və mükafatçılarına medallar, Azərbaycan Cüdo Federasiyasınin diplomları təqdim olunub.
Qeyd edək ki, usta cüdoçular arasında respublika çempionatının qalibləri Avropa birinciliyində mübarizə aparacaqlar.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest