İtaliyanın "Pyaneze" klubunun üç futbolçusu və bir əməkdaşı koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, bu barədə C Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Koronavirusa yoluxan futbolçuların adları açıqlanmayıb. "Pyaneze" klubunun futbolçuları və məşqçi heyəti 15 günlük nəzarətə alınıb.
 
İtaliyada artıq 600-dən çox insan koronavirusa yoluxub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest