"Real"ın baş məşqçisi Zinəddin Zidan  "Mançester Siti" ilə oyunda (1:2) yarımmüdafiəçi Toni Kroosun ehtiyatda qalmasını şərh edib. Matc.az xəbər verir ki, fransalı mütəxəssis məğlubiyyəti bu qərarı ilə əlaqələndirməyib:

"Nəticə olmayanda mətbuat hər şeyi tənqid edə bilər. Ancaq məğlubiyyət Kroosun ehtiyatda qalması üçün olmadı. Sadəcə, belə  qərar verdik və fərqli bir sistem seçdik. Əlavə söz-söhbətlərə ehtiyac yoxdur, bizim böyük heyətimiz var. Bəli, nəticələrimiz həqiqətən yaxşı deyil. Bunu düzəldə biləcəyimizin fərqindəyik. Kifayət qədər gücümüz var və azarkeşlər bizi dəstəkləyir".

Qeyd edək ki, "Real" martın 1-də "Barselona"nı qəbul edəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest