Avropa liqalarının ümumi dəyərinin siyahısı açıqlanıb. Matc.az "transfermarkt"a istinadən xəbər verir ki, siyahıda Azərbaycan Premyer Liqası da yer alıb.

çempionatımızda çıxış edən ən bahalı komanda "Qarabağ"olub. Ağdam klubunun heyət dəyəri 14 milyon 350 min avrodur. "Qəbələ" isə heyət qiymətinə görə digər 7 komandamızdan geridə qalıb. Əyalət təmsilçisi 5 milyon 250 min avro ilə çempionatımızda sonuncu sıradadır. Premyer Liqamızın ümumi dəyəri 68 milyon 530 min avro olaraq göstərilib. çempionatımızın ən bahalı oyunçusu isə Abdullah Zubirdir. Onun qiyməti 1 milyon 600 min avro təyin edilib.

Qeyd edək ki, siyahıya İngiltərə Premyer Liqası başçılıq edir. "Dumanlı albion"un liqa dəyəri 9 milyard 720 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest