Premyer Liqa klubları legioner limitinin azaldılması ilə bağlı təklifi rədd ediblər. Matç.az saytının məlumatına görə, bu barədə klublar birliyi açıqlama yayıb.

Onlar əcnəbi oyunçu sayının 17-dən 13-ə endirilməsini qəbul etməyiblər.

Yayımlanan açıqlamada legioner limitinin milli komandanın inkişafında o qədər də önəmli faktor olmadığı bildirilib.

Qeyd edək ki, hazırda Premyer Liqada çıxış edən oyunçuların 70%-i əcnəbilərdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest