Futzal üzrə Yüksək Liqada 15-ci turun "Marafon" – "Araz" oyununa hakim təyinatı açıqlanıb. 
 
Matc.az xəbər verir ki, martın 2-də, saat 14:00-da, Bakı İdman Sarayında keçiriləcək oyunu Əli Cəbrayılov, Anar Fərəcov və Ceyhun Hüseynovdan ibarət hakimlər briqadası idarə edəcək.
 
Xatırladaq ki, fevralın 20-də bu komandalar arasında keçirilmiş oyun hakimlərin yanlış qərarı üzündən yarımçıq dayandırılmışdı. Belə ki, 25-ci dəqiqədə "Marafon" meydanda azlıqda qalıb. Bundan istifadə edən "Araz" hesabı açıb. Oyun bərpa olunsa da, baş məşqçi Elşad Quliyevin texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırılması görüşün yarımçıq dayandırılmasına səbəb olub. Belə ki, oyunun 26:09 dəqiqəsində referilər "Marafon"un hakimin qərarına etiraz edərək meydanı tərk etdiyini əsas gətirərək görüşü dayandırıb. Halbuki hakim görüşün dayandırıldığını bildirən fiti səsləndirən zaman meydanda "Marafon"un yetərsay qədər oyunçusu var idi. Sonrakı dəqiqədə "Marafon" oyunu davam etdirmək istəsə də, "Araz" hakimlərin matçı bitirdiyini əsas gətirərək meydana geri dönməkdən imtina edib. Həmin vaxt bu oyunu Hikmət Qafarlı, Mehman Mahmudov və Knyaz Əmiraslanovdan ibarət hakimlər briqadası idarə edib. Lakin onların kobud səhvi ucbatından AFFA İntizam Komitəsinin qərarı ilə matç yenidən keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest