"Bavariya"nın hücumçusu Robert Levandovski zədələnib. Matç.az saytının məlumatına görə, Polşa millisinin üzvü UEFA Millətlər Liqasının 6-cı turu çərçivəsində Portuqaliya ilə matçda dizindən zədə alıb.

30 yaşlı hücumçunun ən azı bir həftə bərpa kursu keçməlidir.

Bu isə o deməkdir ki, Levandovki Bundesliqanın növbəti turu çərçivəsində keçiriləcək "Fortuna" ilə matçı buraxacaq.

Qeyd edək ki, "Bavariya"nın heyətində Tyaqo Alkantara və Renatu Sançes də zədədən əziyyət çəkir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest