Futbol üzrə İran çempionatında 21-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, Cənubi Azərbaycanın elitadakı təmsilçisi "Maşinsazi" də növbəti matçına çıxıb.
 
Təbriz klubu doğma meydanda "Nassaji Mazandaran"la qarşılaşıb. Cənubi Azərbaycan təmsilçisi bu görüşdən ağır məğlubiyyətlə ayrılıb – 0:3.
 
Təbrizin daha məşhur "Traktor" klubu isə bu tur səfərdə "Pars Janoobi Jam"la qarşılaşacaq.
 
"Traktor" hazırda 37 xalla 16 kollektiv arasında 3-cü, "Maşinsazi" isə 24 xalla 9-cudu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest