Futzal üzrə Yüksək Liqanın 15-ci turu çərçivəsində keçirilməli olan "Marafon" - "Araz" oyununun məkanı dəyişdirilib.
 
Matc.az xəbər verir ki, qarşılaşma əvvəlcədən elan olunduğu kimi "Olimpik Star"da deyil, martın 2-də, saat 14:00-da, Bakı İdman Sarayında keçiriləcək. Görüş CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.
 
Qeyd edək ki, fevralın 20-də bu komandalar arasında keçirilmiş oyun hakimlərin yanlış qərarı üzündən yarımçıq dayandırılmışdı. AFFA İntizam Komitəsinin qərarı ilə matç yenidən keçiriləcək.  

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest