Futbol üzrə Cənubi Amerika super kubokunun cavab matçı keçirilib.
 
Matc.az xəbər verir ki, ilk görüşdə səfərdə Ekvadorun "İndepentiente del Valye" klubu ilə 2:2 hesablı heç-heçə edən "Flamenqo", doğma azarkeşləri qarşısında rəqibini darmadağın edib. Braziliya təmsilçisi üç cavabsız qolla qalib gələrək, super kubokun sahibi olub.
 
"Flamenqo"nun qollarını Jerson (2) və Qabriel Barbosa vurub.
 
Braziliya klubu tarixində ilk dəfə Cənubi Amerika super kubokunu qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest