"Mançester Yunayted"in baş məşqçisi Ole Qunner Sulşer Antoni Marsiyalın çıxışını dəyərləndirib. Matc.az xəbər verir ki, norveçli mütəxəssis futbolçusundan çox şey gözlədiyini bildirib:

"Cinahda oynadığı zaman tez-tez rəqibin üzərinə gedirdi. O, indi fərqli bir mövqedə çıxış edir. Burada fiziki hazırlığınıza daha çox diqqət emtəli, güclü və səbirli olmalısınız. Top gələndə cərimə meydançasında olmaq Marsiyalın işidir. Ondan çox şey gözləyirəm. Qollarının sayını artırmalıdır".

24 yaşlı fransalı oyunçu Premyer Liqada 21 oyunda 10 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest