"Real"ın müdafiəçisi Serxio Ramos çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Mançester Siti"yə qarşı alınan məğlubiyyəti (1:2) şərh edib. Matc.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

"çox çətin bir axşam oldu. Artıq iki şey barədə düşünə bilərik: dünənki məğlubiyyət və ya qarşıdakı "Barselona" görüşündə qələbə. Mən ikincini seçirəm. Artıq ağlım və ürəyim "El klasiko"ya yönəlib".

Qeyd edək ki, "Real" - "Barselona" matçı martın 1-i "Santiaqo Bernabeu" da keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest