İspaniyanın "Barselona" klubu UEFA çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində "Napoli" ilə 1:1 hesablı bərabərliyə razılaşıb.
 
Matc.az xarici mətbuata istinadən xəbər verir ki, bu, katalonların baş məşqçisi Kike Setyen üçün əlamətdar olub. 
 
Belə ki, 62 yaşlı mütəxəssis, 1997-ci ildən bəri turnirin final mərhələlərinin ilk oyununda qalib gəlməyən ilk "Barselona" məşqçisi olub. Sonuncu dəfə 1997-ci ildə "Barselona" Lui Van Qalın rəhbərliyi altında ilk oyunda "Nyukasl"a məğlub olmuşdu – 2:3.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest