"çelsi"nin hücumçusu Olivier Jiru çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Bavariya"ya qaşı aldıqları məğlubiyyəti (0: 3) şərh edib. Matc.az xəbər verir ki, fransalı forvard uduzmağı haqq etdiklərini bildirib:

"çətin bir gecə oldu. "Bavariya" bu gün çox yaxşıdı idi. Həqiqətlərlə üzləşməliyik. Hər iki komandanın da şansı oldu, ilk yarıda onlarla başa-baş oynadıq. İkinci hissə əks-hücumlarda daha təsirli oldular və üç dəqiqə ərzində iki qol vurdular. Bundan sonra matça dönmək bizim üçün psixoloji cəhətdən çətin oldu. Rəqib bu görüşdə qalib gəlməyi haqq etdi. Mən məğlubiyyəti indidən qəbul etmirəm, amma bizim üçün çox çətin olacaq. Səfərdə ən azı 3 qol vurmalı və top buraxmamalıyıq. Bu isə real deyil. Ancaq qalib gəlmək istəyi ilə matça çıxacağıq və üstümüzdə daha az təzyiq olacaq. Demək olar ki, itirəcəyimiz bir şey yoxdur".

Qeyd edək ki, tərəflər arasındakı cavab oyunu martın 18-də keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest