"Barselona"nın hücumçusu Antuan Qrizmann çempionlar Liqasının 1/8 final mərhələsində "Napoli"yə qarşı oyunu (1:1) şərh edib. Matc.az xəbər verir ki, fransalı futbolçu qalib gəlmək istədiklərini bildirib:

"Qələbə üçün gəlmişdik və qazanmaq üçün oynadıq. Ancaq təəssüf ki, bacara bilmədik. Əvvəlcə boşluq tapmaq və epizod yaratmaq çətin oldu. Onların yorulduğunu görəndən sonra bir qədər də irəliləməli olduq. Oyunum üzərində işləməliyəm. Komanda meydanda genişlik yaratmalı və daha qarşıya oynamalıdır. Mən buna cəhd etsəm də, bəzən alınmır. Sərbəst zonalar yaratmalıyam. İlk yarıda bacarmadım, ikinci hissədə  hər şey düzəldi. İndi evdəki matçı gözləyirik, həmin görüş tamam fərqli olacaq. Azarkeşlərimizin qarşısında qələbə qazanmalıyıq".

Qeyd edək ki, tərəflər arasında cavab oyunu martın 18-də keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest