Bu gün çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları keçiriləcək. Matc.az xəbər verir ki, turun maraqlı görüşlərindən biri "çelsi" ilə "Bavariya" arasında oynanacaq.

Qarşılaşmadan öncə hər iki tərəfin baş məşqçiləri və futbolçuları oyun barədə fikirlərini bildiriblər:

Frenk Lempard ("çelsi"nin baş məşqçisi): "çox güclü bir rəqibə qarşı iki matç keçirəcəyik. çempionlar Liqasında gözə çarpan məqam odur ki, hər iki oyunda konsentrasiya və motivasiyya yüksək səviyyədə olmalıdır. Hücumda risk almalıyıq və müdafiədən tutmuş irəli xəttə qədər səhvsiz mübarizə aparmağa çalışmalıyıq. Gənclər oynayacaqları səviyyəni başa düşməlidirlər. Bəzi çətinliklər çəkəcəyik. Rəqibin hücumlarına dözmək məcburiyyətində qalacağımız vaxtlar olacaq. Bəli, "Bavariya" titul qazana biləcək bir komandadır. İstedadlı və yaxşı oynayan bir kollektivləri var. Onlara  hörmət edirik".

Mateo Kovaçiç ("çelsi"nin yarımmüdaəfiəçisi): ""Bavariya"nın Premyer Liqa kimi çətin bir çempionatda çıxış etmir. Buna görə də bizdən daha çox istirahət edirlər. Levandovski əla oyunçudur, amma "Bavariya" təkcə ona sahib deyil. Onların çox güclü  heyətləri var. Bizim üçün çətin olacaq. çempionlar Liqasının bu mərhələsində həmişə böyük futbolçularla qarşılaşırsınız. Gənclərə heç nə məsləhət verməyə ehtiyac yoxdur. Yalnız zövq almaq lazımdır. Belə üst səviyyəli qarşılaşmalarda oynamaqdan daha əla bir şey yoxdur. Lempardın rəhbərliyi ilə yaxşı bir mövsüm keçirdiyimi düşünürəm, amma performansıma daha çox şey əlavə edə bilərəm".

Hans Diter Flik ("Bavariya"nın baş məşqçisi): "Frenk Lempardı tərifləmək istəyirəm. çox rahat oynayan, tez əks hücumlar keçirən və daima hədəfə yönəlmiş gənc bir komandası var. "çelsi" xüsusən də evdə oynayanda sizə çətinlik yarada bilər. "Leyptsiq"lə oyundan başqa Almaniya çempionatının bütün turlarında qol vurmuşuq. Bu baxımdan nəticəmiz təsirli olur. Bu oyunu səbirsizliklə gözləyirik. Mən çoxdan bu stadionda çıxmaq istəyirdim. Koutinyonun məşqdə çıxış etdiyini görəndə həmişə sevinirəm. Futbola meyillidir. Bəzən özündən çox şey tələb edir, həmişə matçın nəticəsini həll etmək istəyir. Mən onu futbolçu və insan kimi çox qiymətləndirirəm. Robert Levandovski karyerasının ən yaxşı çıxışını edir. ümid edirik ki, "çelsi" ilə matçda da eyni şəkildə davam edəcək. O, bizim üçün çox vacibdir".

Yosua Kimmix ("Bavariya"nın müdafiəçi): "çelsi" nin çox sayda maraqlı oyunçusu var. Heyətlərində gənclərlə yanaşı, təcrübəli isimlər də görmək olur. Premyer Liqada dördüncüdürlər, amma bu mövsüm bəzi hallarda yüksəliş və eniş dövrü yaşadılar. Bizi yaxşı bir atmosfer gözləyir. İnamlı oynamaq istəyirik. Keçən il Premyer Liqa təmsilçiləri ən güclü oldular. Onlarla rəqabət edə biləcəyimizi göstərməliyik. ötən tur Almaniyanın digər klubları əla çıxış etdilər. Əlbətdə ki, çempionlar Liqasını qazanmaq çox yüksək bir xəyaldır. Bunun üçün hər şeyimiz var, yalnız keçən il "Liverpul"a qarşı daha inamlı oynamalıydıq".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest