"Bavariya"nın yarımmüdafiəçisi Tomas Müller gələcək karyerası barədə danışıb. Matc.az xəbər verir ki, almaniyalı futbolçu komandada qalıb-qalmayacağının bəlirsiz olduğunu bildirib:

“Nə olacağını gələcəkdə görəcəyik. Çox güman ki, yayda müqaviləmlə bağlı qərar verəcəm. Heç kim azarkeş dəstəyinə görə klub seçmir. Klubun mənə azarkeşlər üzündən ehtiyac duyduğu söylənildikdə xoşuma gəlmir. Bu səbəbdən də eyni komandada olmaq istəmirəm. Mənim üçün oyunun səviyyəsi vacibdir. Heç kim bir klubda olmamalıdır, çünki reklam baxımından daha məşhur ola bilərsiniz. Əgər “Bavariya”nın mənsiz daha yaxşı oynayacağını hiss edirəmsə, getməyə hazıram. Mənim üçün ən vacib şey budur”.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest