Bakının “Neftçi” klubunun futbolçusu Baqali Dabo Premyer Liqada 40-cı qolunu vurub. Matc.az xəbər verir ki, fransalı hücumçu yubiley qoluna XVIII turun “Qəbələ” ilə səfər matçında (2:0) imza atıb.
 
Ölkə çempionatında 2016/17 mövsümündə debüt edən forvard 40-cı qolunu 82-ci matçında vurub. İki mövsüm oynadığı “Qəbələ”də 43 oyuna 20 dəfə fərqlənən Baqali sabiq klubunun qapısına yol tapmaqla “Neftçi”dəki qol sayını da 20-yə çatdırıb.
 
O, paytaxt klubunda 39-cu matçda bunu bacarıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest