Futbol üzrə İtaliya A Seriyasında 25-ci turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, sonuncu oyun gününə altı qarşılaşma nəzərdə tutulmuşdu.
 
Lakin onlardan yalnız ikisi baş tutub. “Latsio” səfərdə “Cenoa” üzərində çətin qələbəyə sevinib. “Roma” isə doğma meydanda “Leççe”ni darmadağın edib. 
 
“Atalanta” – “Sassuolo”, “Torino” – “Parma”, “Verona” – “Kalyari” və “İnter” – “Sampdoriya” matçları isə koronavirus təhlükəsi səbəbi ilə təxirə salınıb.
 
İtaliya A Seriyası
25-ci tur
21 fevral
 
Breşiya – Napoli 1:2
Qol: Çanselyor, 26 – İnsinye, 50. Ruis, 54.
 
22 fevral
 
Bolonya – Udineze 1:1
Qol: Palasio, 90+2 – Okaka, 33.
 
SPAL – Yuventus 1:2
Qol: Petanya, 69-pen – Ronaldo, 39. Remzi, 60.
 
Fiorentina – Milan 1:1
Qol: Pulqar, 84-pen – Rebiç, 56.
 
23 fevral
 
Cenoa – Latsio 2:3
Qol: Kassata, 57. Krişito, 89-pen – Maruşiç, 2. İmmobile, 51. Kataldi, 71.
 
18:00 Atalanta – Sassuolo
 
18:00 Torino – Parma
 
18:00 Verona – Kalyari
 
Roma – Leççe 4:0
Qol: C.Ünder, 13. Mxitaryan, 37. Dzeko, 69. Kolarov, 80.
 
23:45 İnter – Sampdoriya

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest