Futbol üzrə Türkiyə Super Liqasında 23-cü turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, bazar günü daha üç görüş baş tutub.
 
“Yeni Malatyaspor” evdə “Antalyaspor”a məğlub olub. “Gənclərbirliyi” isə “Ankaragücü”nü minimal hesabla üstələyib.
 
23-cü turun mərkəzi görüşü İstanbulda keçirilib. “Fənərbaxça” doğma azarkeşləri qarşısında əzəli rəqibi “Qalatasaray”ı qəbul edib. Dörd qolun qeydə alındığı matç qonaqların qələbəsiylə başa çatıb.
 
Türkiyə Super Liqası
23-cü tur
21 fevral
 
Sivasspor – Alanyaspor 1:0
Qol: M.Yandaş, 9-pen.
 
22 fevral
 
Kayserispor – Konyaspor 2:2
Qol: Kravets, 45+3. P.Enrike, 87 – O.Şahiner, 8. Haciahmetoviç, 44.
 
Göztəpə – Qaziantep 1:1
Qol: Jerom, 71 – Diarra, 90+1.
 
Beşiktaş – Trabzonspor 2:2
Qol: Boatenq, 57. Vida, 64 – Sorlot, 5; 90+2.
 
23 fevral
 
Yeni Malatyaspor – Antalyaspor 1:2
Qol: U.Bulut, 29 – Fredi, 8. Podolski, 89.
 
Gənclərbirliyi – Ankaragücü 1:0
Qol: Sio, 74.
 
Fənərbaxça – Qalatasaray 1:3
Qol: Kruse, 21-pen – Donk, 40. Falkao, 79-pen. Onyekuru, 90+7.
 
24 fevral
 
21:00 Kasımpaşa – Dənizlispor
21:00 Rizəspor – Başakşəhər

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest