"Zirə"nin baş məşqçisi Zaur Həşimov Azərbaycan Premyer Liqasının XVIII turunda "Keşlə"yə qarşı keçirdikləri oyunu şərh edib. 39 yaşlı mütəxəssis 0:4 hesabı ilə məğlub olduqları qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında səhvlər nəticəsində qollar buraxdıqlarını söyləyib

"Zirə"nin baş məşqçisi Zaur Həşimov Azərbaycan Premyer Liqasının XVIII turunda "Keşlə"yə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, 39 yaşlı mütəxəssis 0:4 hesabı ilə məğlub olduqları qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında səhvlər nəticəsində qollar buraxdıqlarını söyləyib:
 
"Oyuna əlimizdə olan futbolçularla hazırlaşdıq. Heyətdə bəzi problemlər var. Tellur Mütəllimov oyun günü xəstələndi, matça gələ bilmədi. Bəzi səhvlər etdik, 4 qol buraxdıq. üç qolu rəqibə hədiyyə etdik. Ən pis şey "qara zolağ"a düşməkdi. Mən bundan qorxurdum. Komanda şəklində müdafiə olunmaq lazımdı. Müdafiə hücumdan başlayır. Səhvlərdən sonra yekunda hesab belə oldu. Birinci qolu oyundankənar vəziyyətdən buraxdıq. Mən də qışqırdım ki, ofsayddı". 
 
Həşimov "Zirə"də böyük problemlərin olduğunu etiraf edib: "Əvvəlki matçlarda qırmızı vərəqələr oldu. Heyət kasaddı. Biz hazırda yerli futbolçular baxımından bütün rəqiblərimizə uduzuruq. Məğlubiyyətlər bizi sarsıdır, amma mübarizə aparmağa çalışacağıq. 4-cü yer uğrunda sona kimi vuruşacağıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest