"Derbi Kaunti"nin çempionşipin 34-cü turu çərçivəsində "Fulhem"lə 1:1 hesablı heç-heçəyə razılaşdığı oyun hücumçusu Ueyn Runi üçün əlamətdar olub.
 
Matc.az xəbər verir ki, 34 yaşı futbolçu İngiltərə çempionatlarında 500-cü oyununu keçirib. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
 
İngiltərə millisinin sabiq hücumçusu "Mançester Yunayted"in heyətində 393, "Everton"un heyətində 98, hazırkı klubu "Derbi Kaunti"nin heyətində isə 9 oyun keçirib.
 
Yanvardan "Derbi Kaunti"nin şərəfini qoruyan futbolçu, çempionşipdə iştirak etdiyi 9 oyunda 3 qolla yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest